İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Madrid rəhbərliyi seçilmiş Kataloniya Muxtar Bölgəsi hökumətinin vəzifəsinə son verəcəyini, Kataloniya Parlamentinin səlahiyyətlərinin məhdudlaşdırılmasını və altı ay ərzində bölgədə erkən seçkiyə gedəcəyini açıqlamışdı.
Qeyd edək ki, Kataloniya Muxtar Vilayəti Parlamentinin birtərəfli müstəqillik elan edəcəyinə dair şübhələr artır.
Kataloniya Muxtar Bölgəsi Xarici Əlaqələr üzrə Sözçüsü Raul Romeva, İspaniyanın bölgədə nəzarəti təmin etməyə çalışması halında Katalon rəsmilərin əmrlərinə tabe olmayacağını deyib.
Xatırladaq ki, Katalonyada 1 oktyabrda keçirilən müstəqillik referendumu İspaniya tərəfindən \”qeyri-qanuni\” elan edilmişdi.
İştirak nisbəti 43% olan referendumda xalqın yüzdə 90-nı müstəqilliyə \”Hə\” demişdi.
İnterpress.az