Azərbaycanın səfiri “Hizbullah”ın lideriylə görüşübbackend

Azərbaycanın səfiri “Hizbullah”ın lideriylə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az ərəb KİV-lərinə istinadən xəbər verir ki, “Hizbullah”ın rəhbərlərindən biri səfirlə daxili siyasət və təhlükəsizlik, Livanla Azərbaycanın münasibətləri, Suriya böhranı və digər məsələləri müzakirə edib. Ələlxüsus, Kassem qeyd edib ki, Suriya xalqın, ordunun və rəhbərliyin əyilməzliyi sayəsində ölkənin bölünməsi təhlükəsini adlayıb.

“Hizbullah” ABŞ-da və bir sıra digər ölkələrdə terror təşkilatı hesab olunur, baxmayaraq ki, Livanda bu hərəkat ən böyük siyasi qüvvələrdən biridir, onun hərbiləşdirilmiş qanadının döyüşçüləri isə Suriya Ərəb Respublikasının icazəsi ilə bu ölkədə İŞİD-lə mübarizə aparır.

Ağasəlim Şükürov 2015-ci ilin oktyabr ayında Azərbaycanın Livanda səfiri təyin edilib. Bundan əvvəl o, Liviyada səfir olub.

İnterpress.az