İnterpress.az-ın məlumatına görə Türkiyədə sabiq daxili işlər naziri və vitse-spiker Meral Akşenerin rəhbərliyi altında yeni partiya yaradılıb.
Vaxtilə MHP rəhbərliyində təmsil olunan M.Akşener daha öncə partiya sədrliyinə iddia etsə də, hazırkı rəhbərliklə aralarında olan kəskin fikir ayrılığı səbəbindən yeni partiya qurmaq iddiasını ortaya qoyub.
Ən maraqlısı isə Yeni yaradılan \”İYİ\” Partiyanın ilk iclasında iştirakçılar tərəfindən Azərbaycan bayrağı və QARABAĞ yazılı plakatlar tutulması olub.
İnterpress.az