Məşhur klubunun prezidenti korrupsiya işi ilə əlaqədar dindirildibackend

Məşhur klubunun prezidenti korrupsiya işi ilə əlaqədar dindirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, sorğu-sual tərcüməçi vasitəsilə aparıldığından bir neçə saat çəkib. Hazırda qətərli iş adamına qarşı heç bir rəsmi ittiham irəli sürülməyib.

Qeyd edək, oktyabrın 12-də İsveçrənin federal prokurorluğu Fransanın PSJ klubunun prezidenti Nasser Əl-Xelaifiyə və FİFA-nın sabiq baş katibi Jerom Valkeyə qarşı cinayət işi açıb. Qətərli funksioner baş direktoru olduğu \”BeIN Media Group” şirkəti tərəfindən 2018, 2022 və 2026-cı illərdə keçiriləcək futbol üzrə dünya çempionatlarının yayım hüququnu korrupsiya yolu ilə əldə etməkdə şübhəli bilinir. İstintaq sabiq baş katibə rüşvət verilməsi ilə bağlı aparılır. J.Valke ötən il DÇ-2014-ün bilet satışı zamanı fırıldağa yol verməkdə şübhəli bilindiyi üçün FİFA-nın baş katibi postundan uzaqlaşdırılıb.(report)

İnterpress.az