Kiyevdə partlayış nəticəsində yaralanan deputat əməliyyat olunubbackend

Kiyevdə partlayış nəticəsində yaralanan deputat əməliyyat olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə İ.Mosiyçukun mətbuat katibi bildirib.

“Əməliyyat uğurla başa çatıb. Həkimlər İ.Mosiyçukun vəziyyətini orta-ağır kimi qiymətləndirirlər. Hazırda o reanimasiyadadır. İ.Mosiyçuk əməliyyatdan sonra özünə gəlib, danışa bilir”, məlumatda deyilir.

Qeyd edək ki, İqor Mosiyçuk “Espresso” telekanalının binasından çıxdığı zaman yolun kənarında motosiklet partlayıb. Hadisə nəticəsində deputatın mühafizəçisi ölüb, İ.Mosiyçuk daxil olmaqla 5 nəfər xəsarət alıb. Partlayış hüquq-mühafizə orqanları tərəfindən terror aktı kimi qiymətləndirilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

İnterpress.az