Papa cənnətdən danışdıbackend

Papa cənnətdən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Vatikandakı məşhur Müqəddəs Petrus meydanında xalqla görüşü zamanı Papa Frensis “cənnət ümidimizin hədəfidir” deyə bildirdi.
Dünyanın bir çox ölkəsindən gələn minlərlə insana xitab edən və İncildən hədislər danışan Papa, İsanın cənnət sözünü yalnız bir dəfə, çarmıxa çəkilən zaman bir günahkarla danışarkən dilinə gətirdiyini qeyd etdi.
Papa İsa ilə birlikdə çarmıxa çəkilən və oradakı dialoqlarından sonra tövbə edən iki quldurdan biri olan (Aziz) Dismasa verdiyi cavabda cənnət sözünü ilk və son dəfə dəfə işlətdiyini açıqlayaraq, “cənnət nağılvari bir yer deyildir, hətta sehirli bir bağça da deyildir. Cənnət Tanrı ilə qucaqlaşmadır, sonsuz eşqdir və oraya bizim üçün çarmıxda ölən İsa sayəsində daxil olacağıq” ifadəsini işlətdi. Papa, “cənnət İsanın çarmıxda olarkən son işlətdiyi sözlərdən biri idi” dedi.

İnterpress.az