Kraliça II Elizabet at yarışlarından “milyonlar” qazanırbackend

Kraliça II Elizabet at yarışlarından “milyonlar” qazanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az CNN-ə istinadən xəbər verir ki, İngiltərə kraliçası II Elizabetin son 30 il ərzində at yarışlarından 6,7 milyon funt sterlinq gəlir əldə etdiyi məlum olub. Kraliçanın damazlıq atları 1988-ci ildən bəri qatıldıqları 2815 yarışdan 451-ni qazanıb. Kraliça bu yarışların ümumi gəlirinin 15,9%-ni əldə edib. II Elizabet üçün ən qazanclı il 2016 olub. Belə ki, kraliçaya 2016-cı ildə 557.650 funt sterlinq qazandıran atlar, 2017-də 20 yarışdan 413.641 funt sterlinq gəlir gətirib. 91 yaşlı kraliça son 30 ildə dünyada 11-ci insandır ki, at yarışlarından bu qədər çox gəlir əldə edib. Qeyd edək ki, II Elizabetə damazlıq yarış atları atası Kral VI Georqdan miras qalıb.

Kraliça II Elizabet at yarışlarından “milyonlar” qazanır

İnterpress.az