İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, AP təcavüz iddialarını araşdırmaq üçün qurum xaricində komitə yaratmağa hazırlaşır. Gələn şikayətlərə və mətbuata yansıyan xəbərlərə görə, AP əməkdaşları arasında cinsi təcavüz iddiaları var. İttihamların ardından Avropalı deputatlar parlament rəhbərliyini \”cinsi təcavüz iddialarını təcili və ətraflı soruşmağa\” çağırıb. Millət vəkilləri, müstəqil mütəxəssislərdən ibarət bir komitənin yaradılmasını istəyib. Millət vəkillərinin təklifində əsasən gənc yaşda olan və başlarına gələn təcavüz hadisəsini şikayət etməkdən çəkinən işçilərin düşdüyü vəziyyət vurğulanıb. AP-nin ən çox işçiyə sahib qurumu Avropa Komissiyası çərşənbə günü verdiyi bəyanatda son beş ildə ayda orta hesabla bir dəfə işçilərin “etik olmayan davranış” şikayəti etdiklərini bildirib.
İnterpress.az