Qazaxıstan latın əlifbasına keçirbackend

Qazaxıstan latın əlifbasına keçir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident saytında dərc edilən sərəncamda deyilir ki, latın qrafikasına keçid 2025-ci ilə qədər tamamlanmalıdır. Bunun üçün hökumətdə xüsusi komissiya yaradılacaq.
Sənədə latın qrafikası əsasında hazırlanan 32 hərfdən ibarət yeni əlifba da əlavə edilib.
Əlifbanın bir neçə variantını nəzərdən keçirən hökumət sətirüstü işarələr üzərində dayanıblar
Qazaxıstanda latın əlifbasına keçid barədə müzakirələr 2007-ci ildə prezidentin təşəbbüsü ilə başlanıb. Bu ilin aprel ayında Nazarbayev yeni qrafikanın tətbiqi hazırlıqlarına başlanması barədə göstəriş verib.
\”Hazırda uşaqlar məktəbdə ingilis dilini öyrənirlər və heç bir problem olmadan latın əlifbasını mənimsəyəcəklər. Ona görə də yeni nəsil üçün heç bir problem olmayacaq. Biz 2018-ci ildə yeni əlifbanın öyrədilməsi üçün mütəxəssislər hazırlamağa və latın dilində dərsliklər hazırlamağa başlamalıyıq,\” – deyə Nazarbayevin apreldə verdiyi bəyanatında deyilir.

Qazaxıstan latın əlifbasına keçir

Hazırda qazax əlifbasının latın variantı Qazaxıstan diasporası tərəfindən Türkiyədə və bir sıra Qərb ölkələrində istifadə olunur. Lakin bu əlifbanın heç bir rəsmi statusu yoxdur. Qazaxıstan sakinləri, əsasən də Çində olanlar ərəb əlifbasından istifadə edirlər. Qazaxıstanda daha əvvəllər 1929-cu ildən 1940-cı ilə qədər latın əlifbasından istifadə olunub. Əlifbanın həmin variantı Yanalif və ya yeni türk əlifbası kimi məhşurdur. Keçmiş sovet məkanında hazırda latın qrafikasından Baltika ölkələri, Moldaviya, həmçinin türkdilli Azərbaycan, Türkmənistan və Özbəkistan istifadə edir. Qırğızıstan parlamentinin deputatları latın əlifbasına keçid məsələsini qaldırsalar da, ölkə prezidenti Almazbəy Atambayev buna qarşı çıxıb. (bbc)

İnterpress.az