İnterpress.az-ın məlumatına görə, Rahoy oktyabrın 27-də senatda çıxışı zamanı “nəticələrinin başqalarına da təsir edə biləcək mürəkkəb vəziyyətin yarandığını və alternativinin olmadığını” bildirib.
İspaniya hökumətinin başçısı 155-ci maddənin tətbiqini “müstəsna tədbir” adlandırıb və bu addımın məsuliyyətini Kataloniya lideri Karles Puçdemonun üzərinə qoyub.
Xatırladaq ki, İspaniya Nazirlər Kabinetinin oktyabrın 21-də keçirilən təcili iclasında Kataloniyaya qarşı konstitusiyanın indiyə qədər istifadə olunmayan 155-ci maddəsini işə salmaq qərara alınıb. Madrid Karles Puçdemonu və Kataloniya hökumətinin üzvlərini vəzifədən kənarlaşdırmaq və muxtariyyətdə seçkilər keçirmək istəyir. Bu qərar İspaniya senatında təsdiqlənməlidir.
İnterpress.az