Türkiyə prezidentinin Azərbaycana səfər proqramı açıqlanıbbackend

Türkiyə prezidentinin Azərbaycana səfər proqramı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Report-a istinadən xəbər verir ki, dövlət başçısı Bakıya oktyabrın 30-da gələcək.

R.T.Ərdoğan həmin gün Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ilk səfərinin açılış mərasiminə qatılacaq. Bu mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayev və Gürcüstanın baş naziri Gerogi Kvirkaşvili də iştirak edəcək.

Oktyabrın 31-də isə Bakıda Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 6-cı toplantısı keçiriləcək. Türkiyə prezidenti iclasda iştirak edəcək.

İnterpress.az