İnterpress.az xəbər verir ki, Bərzani müraciətində noyabr ayında səlahiyyət müddəti bitdikdən sonra vəzifədə qalmaq istəmədiyini bildirib. Bu barədə özünün “Twitter” mikrobloqunda kürd liderinin müşaviri Hemin Havrami yazıb.
“Parlament səlahiyyət müddətini iki dəfə uzadıb. Prezident Bərzani mandatını uzatmaqdan və qüvvədə olan qanunvericiliyə dəyişiklik etməkdən imtina edib. O, bu gün parlamentə məktub yollayıb”, – məlumatda deyilir.
Gözlənildiyinə görə, kürd parlamenti bazar günü Bərzaninin müraciətini müzakirə edəcək. (virtualaz.org)
İnterpress.az