8 ildən sonra Pakistanda ilk beynəlxalq futbol OYUNUbackend

8 ildən sonra Pakistanda ilk beynəlxalq futbol OYUNU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pakistanda 8 ildən sonra ilk dəfə beynəlxalq futbol oyunu keçiriləcək.

Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.

Pakistan Milli Komandası oktyabrın 17-də paytaxt İslamabaddakı Cinnah İdman Stadionunda 2026-cı il Dünya Çempionatının seçmə mərhələsinin ilk oyununda səfərdə 0:0 hesablı heç-heçə etdiyi Kambocanı qəbul edəcək.

Pakistan Futbol Federasiyasının (PFF) rəsmisi Məhəmməd Yaşal 8 ildən sonra keçiriləcək beynəlxalq matçdan əvvəl verdiyi açıqlamada bunu yeni başlanğıc kimi gördüklərini bildirib.

Təhlükəsizlik problemləri və PFF daxilindəki fikir ayrılıqları səbəbindən ölkədə beynəlxalq futbol yarışlarının təşkil oluna bilmədiyini izah edən Yaşal, 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Pakistan-Yəmən matçının təhlükəsizlik baxımından Bəhreyndə keçirildiyini xatırladıb.

Pakistan son beynəlxalq oyununu 2015-ci ildə Əfqanıstana qarşı evdə keçirib.

FİFA 2021-ci il aprelin 7-də Seyid Aşfaq Hüseyn Şahın rəhbərlik etdiyi keçmiş rəhbərlik tərəfindən Pakistan Futbol Federasiyasının Baş Qərargahını zəbt etməsi səbəbindən PFF-nin üzvlüyünü dayandırıb.

FİFA 2022-ci ilin iyununda PFF-yə qoyulan bütün məhdudiyyətləri aradan qaldırmağa qərar verdi və onu yenidən üzvlüyə daxil etməyə qərar verib. Kriketin ən çox yayılmış idman növü olduğu Pakistanda futbol kənd yerlərində daha populyardır.