İnterpress.az xəbər verir ki, bu barədə öz mənbələrinə istinadən CNN telekanalı məlumat yayıb.
ABŞ lideri öz istəyini Klintonun yazışmaları ilə bağlı işin araşdırılmasının şəffaflığını təmin etmək istəyi ilə əsaslandırır.
Teleşirkətin məlumatına görə, hazırda Dövlət Departamentinin sərəncamında 40 min səhifəyə yaxın sənəd var. Hillari Klinton 2009-2013-cü illərdə ABŞ-ın dövlət katibi olaraq şəxsi elektron ünvanı vasitəsi ilə məxfi xidməti yazmalar aparıb. Ehtimal olunur ki, bu ona öz məktublarını dövlət yoxlamalarından gizlətməyə imkan verib ki, bu da dövlət qulluqçularına qadağan olunur. (report)
İnterpress.az