Somali: Silahlılar nazirlərin iclasa toplaşdığı oteli ələ keçiribbackend

Somali: Silahlılar nazirlərin iclasa toplaşdığı oteli ələ keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki həftə bundan əvvəl keçirilmiş hücumda isə ölənlərin sayı 358 nəfər təşkil etmişdi.
Həmin hücum Somali tarixində ən qanlı hücum olub.
Bu dəfə silahlılar iki partlayış törədərək prezident sarayından 600 metr məsafədə yerləşən oteli tutub.
Həmin oteldə hökümət üzvləri bazar günü təhlükəsizlik məsələlərinə dair konfrans keçirməyə hazırlaşırdı.
Ötelin mühasirəsi bazar günü səhər saatlarınadək davam edib.
Binaya baxış keçirildikdən sonra ölənlərin sayının arta biləcəyi istisna olunmur.
İlk partlayış şənbə günü törədilib – partlayıcı ilə dolu yük maşını otel binasına çırpılıb.
Bundan sonra silahlılar binaya hücum çəkib.
Bir neçə dəqiqədən sonra parlamentin keçmiş binası qarşısında daha bir avtomobil partladılıb.
İki partlayışda 17 nəfər ölüb, onların, əsasən, polis əməkdaşları olduğu deyilir.
Məlumatlara görə, daha bir neçə adam oteldə güllələnib. Onların arasında qadın və uşaqlar olub.
Dünənki hücuma görə məsuliyyəti üzərinə \”Əş-Şəbab\” islamçı qruplaşması götürüb.
Bu qrup iki həftə bundan əvvəl törədilən hücuma görə də ittiham olunmuşdu.
Lakin silahlıların özü həmin partlayışların onlara aid olmadığını və həmin hadisəyə görə məsuliyyət daşımadıqlarında təkidlidir.
Reuters agentliyinə görə, ölənlərin sayı 23 nəfərə çatıb. Ölənlər arasında bir qadın və uç uşaq da var, onlardan biri körpədir.
Oteli tutmuş silahlılarla polis arasında atışma bazar günü səhər saatlarınadək davam edib.
Binanın içində 20-dən çox adamın, o cümlədən, hökümət üzvlərinin qaldığı deyilir.
Polis 30 nəfəri xilas edib, xilas edilənlərin arasında bir nazir də var, Associated Press bildirib.
Somali prezidenti Məhəməd Abdullahi Məhəmməd bəyan edib ki, hücum edənlərin məqsədi ölkədə əmin-amanlığın bərqərar olunmasına çalışan hökümətpərəst insanlar arasında vahimə yaratmaq olub. (bbc)

İnterpress.az