Siyəzəndə gənc oğlanı qatar vurub. İnterpress.az \”Repot\” -a istinadən xəbər verir ki, hadisə Siyəzən rayonu ərazisindən keçən dəmiryolunda baş verib.
1991-ci il təvəllüdlü Məmmədov Vasif Məmmədrəhim oğlu reslərin üzərindən keçərkən onu qatar vurub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, onun qolu amputasiya ediləcək.
Fakt Dəmir Yolu Nəqliyyatında Polis İdarəsində araşdırılır.
İnterpress.az