İnterpress.az xəbər verir ki, Tbilisinin mərkəzində keçirilən aksiyada \”Gürcüstan vətənpərvərlər ittifaqı\” adlı müxalifət partiyası hökumətin istefasını tələb edib. Partiyanın tələbləri həmçinin konstitusiya islahatı, “Gürcüstan-NATO-Rusiya” komissiyasının yaradılması və Moskva ilə Abxaziya və Cənubi Osetiya rəhbərliyi arasında dialoqun başlanğıcıdır.
Məlumat üçün bildirək ki, bir həftə əvvəl Gürcustanın 64 şəhər və rayonunda bələdiyyə və yerli qanunvericilik orqanlarına seçkilər keçirilib. Seçkilər \”Gürcü arzusu – Demokratik Gürcüstan\” iqtidar partiyasının qələbəsi ilə nəticələnib. \”Gürcüstan vətənpərvərlər ittifaqı\” dörd faizlik baryeri aşıb və vətəndaşların inamını qazanan dördüncü partiya olub. (AzNews.az)
İnterpress.az