İnterpress.az-ın məlumatına görə, Ağ Evdəki anonim mənbə ABŞ prezidenti Donald Trampın müşaviri və kürəkəni Cared Kuşnerin Səudiyyə Ərəbistanına planlaşdırılmayan səfər etdiyini xəbər verib.
\”Prezidentin məsləhətçisi, ABŞ-ın dövlət başçısının milli təhlükəsizlik üzrə müşavirinin müavini və xüsusi elçisi Səudiyyə Ərəbistanından yenicə qayıdıblar\”, – deyə mənbə bildirib.
Qeyd olunur ki, onunla birlikdə səfərdə həmçinin Trampın milli təhlükəsizlik üzrə müşavirinin müavini Din Pauell və Yaxın Şərq üzrə xüsusi elçisi Ceyson Qrinblatt da iştirak ediblər.
İnterpress.az