İnterpress.az xəbər verir ki, Musavat.com-a danışan rejissor “Təhmin və Zaur”, “Ögey ana” filmlərinin adlarının doğru seçilmədiyini deyib: “Son vaxtlar iki film peyda olub, əgər onlara film demək olarsa – “Təhmin və Zaur”, “Ögey ana”… Birincisi, axı “Ögey ana” filmimiz var və özü də klassik filmdir. İndi yeni çəkilən filmi ya gərək “Ögey ana-2 “, ya da başqa cür adlandırardılar. Klassik “Ögey ana” filminin öz tarixi var. 20 ildən sonra gənclər hardan biləcəklər ki, baxdıqları “Ögey ana” hansıdır?
Və yaxud “Təhmin və Zaur” filminə gələk… Bilmək olmur ki, Təhmin qadın, yoxsa kişi adıdır? Axı bu, nədir? Bildiyiniz kimi, zamanında Rasim Ocaqov xalq yazıçısı Anarın məşhur “Beşmərtəbəli evin altıncı mərtəbəsi” əsərinin motivləri əsasında çox gözəl “Təhminə və Zaur” filmini çəkib. Həmin filmdə çox istedadlı aktyorlarımız oynayıb. Bütün dünya həm əsəri, həm də filmi qəbul edib. İndi özlərindən nə yaradıblar, anlaya bilmirəm. Ümumiyyətlə, bu gədələr Azərbaycandan nə istəyirlər?”
İnterpress.az