Ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ” səfərdə “Atletiko”nun qonağı olacaq.
Bakıda keçirilən ilk görüşdə rəqibi ilə qolsuz heç-heçə etməyi bacaran Ağdam təmsilçisi nə qədər çətin olsa da, səfərdən də xalla qayıtmaq niyyətindədir.
Bugünkü görüş İspaniya təmsilçisi üçün həlledici oyunlardan biridir. Çünki xal itkisi madridlilərin qrupdan çıxmaq işini çətinə sala bilər.
“Qarabağ”ın isə 1/8 final şanslarını itirmək təhlükəsi var. Qurban Qurbanovun komandası səfərdə uduzsa və “Roma” öz meydanında “Çelsi”ni məğlub etsə, çempionumuz qrupdan çıxmaq şansını itirəcək.
İnterpress.az