İnterpress.az-ın məlumatına görə, bu barədə “Bloomberg” xəbər verib.
Manafort və Qeyts məhkəmədəki çıxışlarında özlərini ittiham üzrə günahkar bilməyiblər.
Qeyd olunur ki, onlara istintaqdan yayınma ehtimalı ilə bağlı ev dustaqlığı qərarı verilib.
Donald Trampın seçki qərargahının rəhbəri və müşaviri olmuş Pol Manafort və onun tərəfdaşı Rik Geytsə qarşı 12 maddə üzrə rəsmi ittiham elan olunub. İttihama görə P. Manafort və R. Geyts 2006-2016-cı illərdə Ukraynada lobbiçilik fəaliyyətlərinə görə on milyonlarla dollar pul alıblar.
İnterpress.az