İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna Daxili İşlər Nazirinin Müşaviri Anton Herashchenko, Hlevaha qəsəbəsində Adam Osmayevin vurulduğunu, ancaq hələ də həyatda olduğunu deyib.
BBC-də yer alan xəbərə görə, Osmayevin xanımı Aminə Okuyeva isə hücumda həyatını itirib.
2012-ci ildə Rusiya rəsmiləri Osmayevin Putini öldürməyi planlaşdıran bir qrupdan olduğunu dilə gətirmişdi.
Rusiya mediasına görə planı quranlar, Putinin gündəlik olaraq istifadə etdiyi Kutuzovsky Meydanına mina döşəməyə planlaşdırmışdılar.
Osmayevin təslim edilməsini istəyən Rusiyaya Ukrayna rədd cavabı vermişdi. Buna əsas olaraq da ekstradisiya edilməklə əlaqədar olaraq Osmayevin Avropa İnsan Haqları Məhkəməsinə etdiyi şikayət ərizəsinə cavab gözləyəcəklərini demişdilər.
İyun ayında da bir başqa təcavüzkar Kiyevdə Osmayevi öldürməyə cəhd etmiş, ancaq həyat yoldaşı Okuyeva təcavüzkarı vuraraq yaralamışdı.
Qeyd olunur ki, cütlük, Ukraynada ordunun Rusiya tərəfdarı üsyançılara qarşı müharibəsində könüllü olaraq mübarizə etdiyi üçün Ukraynada tanınır.
Bir həftə əvvəl isə Okuyevanın məsləhəçisi Ukraynalı siyasətçi Ihor Mosiychuka təşkil olunan hücumda siyasətçinin cangüdəni və başqa bir nəfər həyatını itirmişdi.
İnterpress.az