İnterpress.az məlumat verir ki, lifli bir bitki olan balqabaq potasium, fosfor, kalsium, maqnezium, sodium, dəmir baxımından zəngindir. Balqabağın bişirilməsi zamanı bu maddələrin bir çox hissəsi dağılır, şirədə isə onlar saxlanılır. Bu tərəvəzin şirəsi pektinlərlə zəngindir. Pektinlər orqanizmi ziyanlı maddələrdən təmizləyir, ürək-damar sistemi xəstəlikləri olan insanlar üçün çox faydalıdır. Həmçinin bu şirə kişi sağlamlığına da çox müsbət təsir edir. Prostat vəzi xəstəlikləri olan kişilərə həkimlər hər gün, gündə 1 stəkan olmaqla bu şirəni qəbul etmək tövsiyə edirlər. Narıncı dadlı şirə orqanizmə cavanlaşdırıcı təsir edir və onun tonusunu artırır, öd kisəsinə və öd yollarına yaxşı təsir göstərir, durğunluğu azaldır, bağırsaqları yaxşı \”işlədir\”. Bu səbəbdən qəbizlikdən əziyyət çəkən insanlar onun şirəsini tez-tez qəbul etməlidirlər. Artıq çəkidən əziyyət çəkənlər də bundan faydalana bilərlər. Çünki balqabaq azkalorili məhsuldur, mübadilə prosesləri yaxşılaşdırır, artıq mayeni orqanizmdən xaric edir. A vitamini və karotinlə zəngin olan tərəvəz uşağın boyatma və inkişaf proseslərində böyük rol oynayır. Xəstəliklərin profilaktikası üçün və orqanizmi möhkəmləndirmək məqsədi ilə balqabaq şirəsini hər səhər acqarına yeməkdən 20-30 dəqiqə əvvəl qəbul etmək lazımdır.
İnterpress.az