Fransada fövqəladə vəziyyət rejimi ləğv edilibbackend

Fransada fövqəladə vəziyyət rejimi ləğv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron \”Ölkədaxili təhlükəsizlik və terrora qarşı mübarizə haqqında\” qanunu imzalayıb.

Qanunun maddələrindən biri fövqəladə rejimin ləğvini nəzərdə tutur və bu ilin noyabrın 1-dən qüvvəyə minəcək.

Qeyd edək ki, Fransada fövqəladə vəziyyət rejimi 2015-ci ilin noyabrında paytaxt Parisdə törədilən terror aktlarından sonra tətbiq edilmişdi. Həmin il noyabrın 13-də Parisdə törədilən terror aktı nəticəsində 132 nəfər həlak olmuşdu, 346 nəfər isə yaralanmışdı. Təhlükəsizlik qüvvələri 7 terrorçunu məhv etmişdi. (report)

İnterpress.az