Türkiyə prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olubbackend

Türkiyə prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda rəsmi qarşılanma mərasimi olub.

Türkiyə prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Sonra iki ölkənin himni səsləndirilib. Türkiyə prezidenti azərbaycanlı həmkarı ilə qarovul dəstəsinin önündən keçib, Azərbaycan əsgərini salamlayıb.

Rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan və Türkiyə prezidentlərinin təkbətək görüşü, ardınca isə nümayəndə heyətlərinin iştirakı ilə görüş keçiriləcək.

İnterpress.az