Atletiko 10 nəfələ qalan Qarabağla bacarmadı – VİDEObackend

Atletiko 10 nəfələ qalan Qarabağla bacarmadı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdam təmsilçisi nüfuzlu klub turnirində qrup mərhələsində ilk dəfə səfərdə \”Vanda Metropolitano\” arenasında qol vurub və növbəti xalını qazanıb. \”Qarabağ\”ğın heyətində qolu 40-cı dəqiqədə Miçel vurub.

Oyunun ikinci hissəsi komanda üçün uğurlu başlamayıb. 56-cı dəqiqədə Atletiko Madridin futbolçusu Thomas hesabı bərabərləşdirib. 59-cu dəqiqədə isə almaniyalı hakim Deniz Aytekin \”Qarabağ\”ın ən təhlükəli futbolçusu Pedroya qırmızı vərəqə göstərib. 59-cu dəqiqədən 10 nəfərlə mübarizə aparan təmsilçimiz 1 xal qazanmağı bacarıb. Oyunun sonlarında hakim daha bir dəfə qırmızı vərəqəyə əl atıb və bu dəfə rəqibin müdafiəçisi Stevan Saviçi meydandan kənarlaşdırıb.

Bununla da \”Qarabağ\” \”Atletiko\” ilə hər iki oyunda rəqibdən xal qazanmağı bacarıb və xallarını 2-ə yüksəldib.

Matçdan sonra mətbuat konfransı keçirən klubun baş məşqçisi Qurban Qurbanov bunları deyib:

\”Ağır oyun oldu. Bir xal qazanmağımıza baxmayaraq, rəqib çox yaxşı oynadı. Bu cür oyunlarda futbolçularımın təcrübə qazanması mənim üçün çox önəmlidi. Rəqibin qol epizodları çox olsa da, yetirmələrim sonadək mübarizə apardılar. “Atletiko”ya gələcək oyunlarda uğurlar arzulayıram\”


İnterpress.az