Nyu-Yorkda terror: 8 ölübackend

Nyu-Yorkda terror: 8 ölü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az BBC-yə istinadən xəbər verir ki, şəhər polisinin verdiyi məlumata görə, terror aktı Florida ştatının Tampa şəhərindən olan 29 yaşlı Sayfullo Saipovun kirayə götürülmüş yük avtomobilini piyadaların və velosipedçilərin üstünə sürməsi nəticəsində baş verib.

Şahidlər qeyd ediblər ki, cinayətkar avtomobili piyadaların üstünə sürdükdən sonra iki tapança ilə onlara atəş açmağa çalışıb.

Son məlumata görə, hücum nəticəsində 8 nəfər ölüb, 10-dan çox şəxs xəsarət alıb.

Cinayətkar Özbəkistan vətəndaşı olan, Sayfullo Saipov adlı şəxsdir. O, 2010-cu ildən ABŞ-da yaşayır.

Onun İŞİD adından hərəkət etdiyinə aid məktub da üzə çıxıb. Şahidlərin sözlərinə görə, sürücü avtomobili tərk edərkən “Allah Əkbər” deyə qışqırıb.

Nyu-Yorkda terror: 8 ölü

İnterpress.az