“Haqqımızda çıxan xəbərlər məni kədərləndirir” – Aslı Enverbackend

“Haqqımızda çıxan xəbərlər məni kədərləndirir” – Aslı Enver

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Axşam.az-a istinadən xəbər verir ki, Aslı jurnalın üz qabığına çəkilməklə yanaşı, eyni zamanda şəxsi həyatı haqda da danışıb.

“Kardeşim benim” filmindən sonra müğənni Murad Bozla sevgili olan Enver onlar haqda çıxan xəbərlərdən kədərləndiyini bildirib:

“Muradla olan münasibətimə görə yada salınmağımdan narahat deyiləm, amma haqqımızda çıxan xəbərlər məni kədərləndirir. Heç nə də edə bilmirəm. Düzdür, mən, yaxınların əsl həqiqəti bilirik. Bizi tanımadan insanlar barəmizdə nəsə yazanda istəyirəm deyim ki, gəlin, tanış olaq, onda, bizi çox sevəcəksiniz”.

Qeyd edək ki, bir müddət əvvəl küsülü olan cütlük yenidən barışıb.

İnterpress.az