İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, dünya miqyasında tanınan və Müsəlman Qardaşların banisi Həsən əl Bannanın nəvəsi olan Oksford Universitetinin müəllim və ilahiyyat professoru Tarıq Ramazan haqqında, iki qadının təcavüz ittihamları səbəbilə Fransada istintaq başlayıb. Tarıq Ramazan isə Facebook üzərindən iddiaları rədd edib və bu qadınlara iftira davası açacağını bildirib.
Məlumata görə, Henda Ayari adlı bir qadın, Fransız televiziyası BFMTVYE müsahibəsində, Ramazanın 2012-də Parisdə bir oteldə özünə təcavüz etdiyini söyləyib. Ayarı, \”Mənə vəhşi bir heyvan kimi hücum edib\” dedi. Ayarı, İslam dini haqqında suallar vermək üçün Ramazanın otağına getdiyini bildirərək \”O zamanlar, Ramazana çox heyran idim\” – dedi. Ayarı, \”Əvvəl məni zorlayaraq öpdü. Boğazımı sıxdı, düşündüm ki, ölürəm\” deyə danışdı.
İndi dünyəvi bir feminist aktivist olan, keçmişdə çadra taxan Ayarı daha əvvəl bir kitabında cinsi təcavüzə məruz qaldığından bəhs etmiş, ancaq ad verməmişdi. Ayarı, Oskar mükafatlı Amerikalı prodüser Harvey Weinsteinin 30 il ərzində onlarla qadına cinsi təcavüzdə olduğu yolundakı iddiaların ardından, bir çox qadının keçmişdə uğradıqları hücumlar barədə sukutu pozmasının onu ruhlandırdığını bildirib.
Adı açıqlanmayan və sonradan Müsəlman olduğu bildirilən başqa bir qadın da Ramazanın 2009-da bir oteldə özünə təcavüz etdiyini irəli sürüb.
Qeyd edək ki, 2009-dan bu yana Oksford Universitetində işləyən Ramazan, İngiltərə Parlamentinin dini azadlıqlar məsləhətləşmə qurulu üzvü idi.
İnterpress.az