İslam Hüseynov: “Daha böyük uğurlar əldə edə biləcəyik”backend

İslam Hüseynov: “Daha böyük uğurlar əldə edə biləcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Oktyabrın 29-da Ulyanovskda səmimilik və dostluq şəraitində millətlərarası münasibətlər üzrə vilayət Şurasının növbəti iclası keçirilib.
2006 -cı ildə yaradılan bu orqan Ulyanovsk Vilayətində fəaliyyət göstərən bütün milli təşkilatları birləşdirir.
Azərbaycan diasporunu Şurada Ulyanovsk regional Azərbaycan milli-mədəni muxtariyyətinin sədri İslam Hüseynov təmsil edib.

İslam Hüseynov: "Daha böyük uğurlar əldə edə biləcəyik"

İslam Hüseynov: "Daha böyük uğurlar əldə edə biləcəyik"

Bu barədə İnterpress.az-a İslam Hüseynov məlumat verib.

\”Bu dəfə Şura Ümumrusiya ictimai təşkilatı \”Rusiya xalqları Assambleyası – \”Biz – Ruslar \” təşkilatı ilə birgə əməkdaşlıq edib. Bu təşkilatı sədr Svetlana Smirnova Konstantinovna təmsil edirdi.

İslam Hüseynov: "Daha böyük uğurlar əldə edə biləcəyik"

Tədbirin xüsusi qonağı isə İsrail Dövlətinin Rusiya Federasiyasındakı fövqəladə və səlahiyyətli səfiri Harri Koren oldu. Qubernator Sergey İvanoviç Morozov \”Rusiya xalqları Assambleyası\” ilə əməkdaşlıq haqqında saziş imzalayıb. Əminəm ki, biz belə güclü tərəfdaşlar ilə ümumi işimizdə, xalqlar arasında sülh və dostluğun möhkəmlənməsində daha böyük uğurlar əldə edə biləcəyik\”.

İslam Hüseynov: "Daha böyük uğurlar əldə edə biləcəyik"

Qeyd edək ki, Gənclər Assambleyası 2000-ci ildən \”Rusiya xalqları Assambleyası\” \”BİZ – RUSLAR\” Ümumrusiya ictimai təşkilatı ilə gənclərin vətənpərvərlik və qürur hissi aşılanması, ölkənin mədəniyyət və Rusiya xalqlarının ənənələrinin qorunub saxlanması və inkişafı üçün, millətlərarası münasibətlərin harmonizasiyası üçün, təşkilatlarının liderləri arasında dialoqu təmin etmək üçün müxtəlif tədbirlər və layihələr həyata keçirir.

İnterpress.az