Bu barədə İnterpress.az-a onun yaxın dostu xəbər verib. Məlumata görə, mərhum Nizami Quliyev yüksək qan təzyiqi diaqnozu ilə yaşadığı Gədəbəydən Gəncə xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib.
Qeyd edək ki, N.Quliyev I və II çağırış Milli Məclisin deputatı olub. O, parlamentdə Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) təmsil edib.
Daha sonra AXCP-dən istefa verib və Aydınlar Partiyasına keçib.
İnterpress.az