Putindən İrana nüvə müqaviləsində dəstəkbackend

Putindən İrana nüvə müqaviləsində dəstək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya prezidenti Putin İran prezidenti Ruhani ilə keçirdiyi görüşdə ikitərəfli münasibətlərlə yanaşı Suriyadakı vəziyyət, İran ilə BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya (P5+1 ölkələri) arasındakı nüvə müqaviləsini müzakirə edilib. Putin İran ilə nüvə müqaviləsinə dəstəyini təkrarlayıb. İran tərəfindən edilən açıqlamaya görə Putin görüşdə ABŞ Prezidenti Donald Trumpın mövqeyinə istinad edərək \”beynəlxalq öhdəliklərin bəzi ölkələr tərəfindən qəbul olunmaması yolverilməzdir\” deyə bildirib.
Putin Tehranda İranın dini lideri Xamnei ilə də görüşüb. Ayətullah Əli Xamnei Putinə Tehran və Moskvanın əməkdaşlığını artıraraq ABŞ-ı təkləyəcəkləyə biləcəklərini bildirib. İran dövlət televiziyasının xəbərinə görə, Xamnei \”ABŞ-ın dəstəklədiyi terrorçuların Suriyadakı uğursuzluğu inkar edilə bilməz. Amma Amerikalılar intriqalarına davam edir\” deyə açıqlama verib.

İnterpress.az