İnterpress.az-ın Apa-ya istinadən xəbər verir ki, xalq artistinin cənazəsini Almaniyadan gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna enib.
Cənazəni mərhum diktorun ailə üzvləri, qohumları, sənət yoldaşları qarşılayıblar.
Xalq artisti ilə vida mərasimi noyabrın 3-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında saat 10:00-dan 12:00-dək keçiriləcək. O, II Fəxri xiyabanda dəfn olunacaq.
Rafiq Hüseynovun yas mərasimi isə Heydər Məscidində keçiriləcək.
Rafiq Hüseynov Almaniyanın Düsseldorf şəhərindəki klinikalardan birində oktyabrın 26-da dünyasını dəyişib.
O, xərçəng xəstəliyindən əziyyət çəkirdi.
![Rafiq Hüseynovun nəşi ölkəmizə gətirildi Rafiq Hüseynovun nəşi ölkəmizə gətirildi](http://www.interpress.az/uploads/posts/2017-11/1509633033_rafiq-huseynovun-neshi-02112017-2.jpg)
İnterpress.az