Düçar olduğu xəstəlik onu şagirdlərindən ayrı salıb – VİDEObackend

Düçar olduğu xəstəlik onu şagirdlərindən ayrı salıb – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, hazırda Ucar rayonu 28 may küçəsində yaşayan Rühəngiz Zahidova 13 ildir parkinson xəstəliyindən əziyyət çəkir. O, ömrunun ən gözəl illərini pedaqoji fəaliyyətə həsr edib. Şəhər 1 saylı tam orta məktəbdə 35 il sinif müəlliməsi işləyən Rühəngiz Zahidova bu xəstəlik səbəbindən pedoqoji fəaliyyətindən də məhrum olub.

Rühəngiz Zahidova dəfələrlə Ucar və ətraf rayon xəstəxanalarında müayinə və müalicə olsa da heç bir nəticəsi olmayıb. Sonra paytaxta gələn xanım müəlliməyə buradakı xəstəxanalar tərəfindən parkinson xəstəliyi diaqnozu qoyulub.

Ailəsi tərəfindən Rühəngiz Zahidovanın müalicəsi aparılsa da hazırda buna maddi imkanları çatmır. Həkimlər əməliyyat olunarsa onun bu xəstəlikdən əziyyət çəkməyəcəyini bildiriblər. Əməliyyatın həyata keçirilməsi üçün isə 40 min dollar pul lazımdır.

Rühəngiz Zahidova xeyirxah və imkanlı şəxslərin ona kömək edəcəyinə ümid edir.

Yardım etmək istəyən şəxslər bu nömrələrlə (050 230-10-22, 055 330-10-22) əlaqə saxlaya bilər.

İnterpress.azhttps://youtube.com/watch?v=Gnwcms_mnJM