Kataloniya hökumətinin 8 üzvü həbs edilib – Puçdemon axtarışa veriləcəkbackend

Kataloniya hökumətinin 8 üzvü həbs edilib – Puçdemon axtarışa veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə “El Pais” telekanalı məlumat yayıb. Verilən məlumata görə, həbs edilənlər arasında həmçinin muxtar bölgə hökuməti rəhbərinin müavini Oriol Junkerasın olduğu bildirilir.

Açıqlamada o da bildirilib ki, Kataloniya hökumətinin sahibkarlıq məsələləri üzrə sabiq müşaviri Santi Vila 50 min avro müqabilində şərti olaraq azadlığa buraxılıb.
Bundan başqa, İspaniya Milli Məhkəməsi Kataloniya hökumətinin keçmiş rəhbəri Karles Puçdemon haqqında beynəlxalq axtarış orderi çıxartmağı tələb edib. Bildirilib ki, Puçdemon təcili olaraq həbs edilməlidir.

İnterpress.az