Amerika alimləri çox maraqlı eksperiment aparıblar. Artıq çəkisi olan qadınlara arıqlamaq proqramında iştirak etməyi təklif ediblər.
Eksperimentdə iştirak edən qadınları 2 qrupa böldülər. Birinci qrup qadınlar nahar yeməyini günorta saat 3-ə kimi, 2-ci qrup isə 3-dən sonra yeyirdi.
Müşahidə nəticəsində məlum olub ki, nahar yeməyini saat 3-ə kimi qəbul edən qadınlar daha tez arıqlayırdı. Həmçinin 2-ci qrupda olan qadınlarda insulinə qarşı həssaslığın azalması müşahidə olunub. Bu isə gələcəkdə şəkərli diabetin inkişafı riskini artırır. (sağlamolun.az)
İnterpress.az