İnterpress.az xartici mətbuata istinadən xəbər verir ki, Makron Brexit (Böyük Britaniyanın Avropa İttifaqından çıxışı) məsələləri ilə məşğul olduğu ərəfədə, 13 yaşlı Sofiyaya şeirlə göndərdiyi cavab böyük maraq doğurub. Sofia 12 yaşında olarkən ailəsi ilə birlikdə Fransaya səyahət edən zaman Parisin simvolu Eyfel qülləsini görmüş və “Maraq mərkəzi” adlı şeiri yazaraq Elize sarayına göndərmişdi. Emmanuel Makron isə öz növbəsində, kiçik qızın ad günündə ona öz yazdığı şeiri göndərib. Fransa səfirliyi Sofiyanın şeirini və Macronun ona cavabını rəsmi twitter hesabında dərc edib.
Makron \”Məni necə göylərə çıxardın. Bu günə qədər Cocteau, Aragon, Cendrars, Trenet və Apollinaire kimi bir çox şair mənim parisli ruhumu belə tərifləmişdir \”deyə bildirib və şeirini\” Sənin şeirlərini oxuyacaq bir kişi tanıyıram. Həqiqətən mi? Kim? Fransa Prezidenti\” misraları ilə sonlandırıb.
İnterpress.az