Bu barədə Modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov məlumat verib.
Deputat bildirib ki, noyabrın 7-də Milli Məclisin komitələrinin birgə iclasında 2018-ci il üzrə Azərbaycanın dövlət və icmal büdcəsinin layihələri müzakirə başlayacaq.
“Müzakirələr iki gün davam edəcək”.
V.Əhmədov qeyd edib ki, noyabrın 14-də Milli Məclisin payız sessiyasının növbəti iclası keçiriləcək.
“Həmçinin noyabrın 21, 22, 23-də büdcə zərfinin layihəsi hökumət nümayəndələri ilə birlikdə Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq”.
İnterpress.az