İnterpress.az məlumat verir ki, 1 ədəd yumurta sarısı, 1 xörək qaşığı zeytun yağı və 1 xörək qaşığı balı qarışdırıb əllərinizə masaj etməklə tətbiq edin. 15-20 dəqiqə saxladıqdan sonra isə yuyun, dərinizin yumşaldığını və quruluq hissinin yox olduğunu hiss edəcəksiniz.
Pilinq etmək üçün isə 1 çay qaşığı şəkər tozu ilə 4 xörək qaşığı badam yağını qarışdırın, əllərinizi 15 dəqiqə masaj etdikdən sonra isə ilıq su ilə yuyun. Pilinqdən 2-3 həftədə bir dəfə istifadə edə bilərsiniz.
İnterpress.az