Ermənistanda ticarət mərkəzində aksiyabackend

Ermənistanda ticarət mərkəzində aksiya

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın məlumatına görə, Musavat.com erməni mediasına istinadən xəbər verir ki, “Arinç mol” ticarət mərkəzində gərgin vəziyyət yaranıb. Daha sonra iş adamları aksiya qərarı veriblər. Buna səbəb ticarətçilərlə Vergilər Nazirliyinin əməkdaşları arasında konfliktin yaranmasıdır. Satıcılardan birinin öz mağazasında uzun-uzadı vergi yoxlamaları aparmasından bezməsi gərginliyi tətikləyib. Bu zaman səs-küy yaranıb və digər ticarətçilər də etirazlara qoşulub. Daha sonra ticarətçilər mitinq qərarı veriblər.

Xatırladaq ki, 31 oktyabrda da vergi qərarlarından narazı qalan iş adamları Ermənistan parlamenti qarşısında aksiya keçirmişdilər. İş adamları vergi əməkdaşlarının satılan mallara görə əlavə sənədlər tələb etməsinə qarşı çıxıblar.

İnterpress.az