İnterpress.az xəbər verir ki, sənətçi bu haqda “Günə davam” verilişində açıqlayıb:
“Oğlum gələn həftə ikinci dəfə əməliyyat olunacaq. Səhhəti əvvəlkindən indi çox yaxşıdır. Amma ikinci əməliyyat lazımdır”. Qeyd edək ki, meyxanaçı 30 yaşlı övladının hovuza yıxıldığını bildirmişdi: “Yayda hovuza atlananda arxadan itələyiblər. Başı dəyib daşa, ağır əməliyyat keçirdi, beyin sümüyü çıxarıldı. İki aydır çətin günlər keçiririk. Kəllə-beyin travması alıb. İki aydan sonra daha bir əməliyyat keçirməlidir, kəllə sümüyü yerinə qoyulmalıdır”.
İnterpress.az