İnterpress.az-ın məlumatına görə, bu barədə K.Puçdemon “Twitter” hesabında bildirib.
Qeyd edək ki, İspaniyanın Milli Məhkəmə Palatası Brüsseldə olan K.Puçdemon və Kataloniya hökumətinin 4 üzvünün həbsinə dair beynəlxalq order vermək qərarına gəlib.
Kataloniya hökumətinin keçmiş üzvləri üsyan və qiyamın təşkilində, dövlət vəsaitlərin israf edilməsində ittiham olunurlar. Ölkə qanunvericiliyinə görə, bu ittihamlar üzrə 30 ilədək həbs cəzası nəzərdə tutulur.