İranın Qərbi Azərbaycan vilayətindəki toqquşmalarda “8 sərhədçi həlak olub”backend

İranın Qərbi Azərbaycan vilayətindəki toqquşmalarda “8 sərhədçi həlak olub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cümə axşamı günü Türkiyə ilə həmsərhəd Çaldıran bölgəsində baş vermiş toqquşmanı şərh edən yerli qubernatorun müavini qarşı tərəfdən də itkilərin olduğunu deyib.
\”Cümə günü Çaldıran sərhəd bölgəsində terrorçu qrup və İran sərhədçiləri ilə ağır döyüşlərdə ən azı 8 sərhədçi həlak olub\”, – Əlireza Radfar bildirib.
Daxil olan məlumatlarda silahlıların hansı qrupa mənsub olduğu dəqiqləşdirilmir.

Lakin keçmişdə Türkiyə və İraq sərhədinə yaxın bu ərazilərdə kürd silahlıları və islamçı ekstremistlərlə toqquşmalar qeydə alınıb.
İran təxminın bir ay əvvəl Qərbi Azərbaycan vilayətində hərbi təlimlər keçirib.
Dövlət televiziyasına əsasən təlimlərin məqsədi \”qüvvə və təhlükəsizliyi nümayiş\” etdirmək olub. (bbc)

İnterpress.az