Toylarda müəllif qonorarını bu şəxslər ödəyəcək – VİDEObackend

Toylarda müəllif qonorarını bu şəxslər ödəyəcək – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Xezerxeber.az-a istinadla məlumatına görə, artıq Nazirlər Kabinetinin 20 oktyabr 2017-ci il tarixli qərarı ilə \”Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı\”nda edilmiş dəyişikliklərə əsasən, toy mərasimlərində mətnli, yaxud mətnsiz musiqili əsərlərinin istifadəsinə görə müəllif qonorarlarını ödəməkdən yayınmaq mümkün olmayacaq.

Qərara görə, qonorarlar şadlıq evləri, kafelər və restoranlarda keçirilən toy mərasimlərində mətnli, yaxud mətnsiz musiqili əsərlərin istifadəsinə görə həmin obyektlərin sahibləri tərəfindən ödənilməlidir. Qanundan yayınanların müəlliflik hüququnu və əlaqəli hüquqları pozmalarına görə min manatdan iki min manatadək miqdarda cərimə və ya 320 saatdan 480 saatadək ictimai işlərə cəlb olunmaları ilə cəzalandırmaları nəzərdə tutulub.

İnterpress.az