İnterpess.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti administrasiyasının saytı bildirir.
\”Tərəflər Nyu-Yorkda Ukrayna və ABŞ prezidentləri arasında görüş zamanı əldə edilmiş razılaşmaların icrasının gedişindən məmnunluqlarını bildirib\”, – deyə xəbərdə qeyd edilir.
Həmçinin Poroşenko Rusiya ilə əlaqədar Ukraynaya verdiyi dəstəyə görə ABŞ-a təşəkkür edib. Ukrayna prezidenti və ABŞ-ın dövlət katibi Donetsk hövzəsində BMT-nin beynəlxalq missiyasının genişlənildirilməsi məsələsinə də toxunublar.
\”Dövlət başçısı Rusiyaya qarşı sanksiyaların əhəmiyyətini və bunda ABŞ-ın lider yanaşmalarını qeyd edib. Qeyd edib ki, yalnız belə yolla təcavüzkarı beynəlxalq hüququn, müstəqilliyə hörmətin və dövlətlərin ərazi bütövlüyü yoluna qayıtmağa məcbur etmək olar\”, – deyə xəbərdə bildirilir. (report)
İnterpess.az