Mandarin bağırsağın perstaltikasını zəiflədir, odur ki, ishalla müşayiət olunan xəstəliklərdə faydası var. Bağırsaq xəstəliklərində quru mandarinin tozu (yarım çay qaşığı ilə gündə iki dəfə) həzmin yaxşılaşmasına kömək edir.
Qurudulmuş mandarinin tozu suya salınıb içildikdə öskürəyi yumşaldır. Mandarin şirəsi dərini vitaminləşdirir.
Yeri gəlmişkən, Cənubi Koreya alimləri əmindirlər ki, mandarin piylənməyə qarşı ən effektli vasitədir.
Onlar kökəlmədən əziyyət çəkən 30 şagirdə iki ay ərzində mandarin yedirib, mandarin şirəsi içirdiblər. Nəticədə eksperiment iştirakçılarının çəkisi 1,5 faiz azalıb. Onların ciyərlərində də yağların miqdarı azalıb.
Siçovullar üzərindəki eksperiment də mandarinin arıqlatmaq effektini təsdiq edib: ay ərzində mandarin konsentratı ilə yemlənən kəsəyənlər çəkilərinin 45 faizini itiriblər.
İnterpress.az