İnterpress.az xarici mətbuata istinadən məlumat verir ki, ölkənin Milli Koordinasiya Şurası hadisə nəticəsində 40 mindən çox evin sel suları altında qaldığını bildirib. 30 min insan öz evini tərk etməyə məcbur qalıb. Bir çox bölgələrə elektrik enerjisinin nəqli dayandırılıb. 40 min hektar kənd təsərrüfatı əraziləri, ölkənin şimalı ilə cənubunu birləşdirən dəmir yolu xətti və avtomobil magistralları suyun altında qalıb. “Damri” qasırğası ölkədə son 20 ildə baş verən ən böyük qasırğa hesab olunur.
İnterpress.az