İnterpress.az xəbər verir ki, təkcə Sudanda baş verən vətəndaş müharibəsində 20 uşaq silahlanaraq hərbi birləşmələrə qoşulub. Bu uşaqlar soyğunçuluq, qarət və qətllər törədirlər.
Uşaqların qanunsuz hərbi birləşmələrə cəlb edilməsi xüsusilə Afrika ölkələrində müşahidə edilir. Siyahıya Somali, Konqo, Sudan, Mərkəzi Afrika Respublikası başçılıq edir. Suriya, İraq, Əfqanıstanda da uşaqlar terror qruplaşmalarına cəlb edilir və onlardan kamikadze kimi istifadə olunur.
BMT Konvensiyasının 38-ci maddəsinə əsasən, 17 yaşına çatmayan uşaqların hərbi birləşmələrə cəlb edilməsi qadağandır. (azərtac)
İnterpress.az