Donald Tramp: “Vaşinqton Pxenyana qarşı güc tətbiq etməyə can atmır”backend

Donald Tramp: “Vaşinqton Pxenyana qarşı güc tətbiq etməyə can atmır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Donald Tramp Pxenyanın nüvə-raket eksperimentlərinin bütün dünya üçün təhlükə törətdiyinə baxmayaraq, Vaşinqtonun “problemi güc yolu ilə həll etməyə can atmadığını” qeyd edib. Onun sözlərinə görə, məsələnin diplomatik həlli daha məqsədəuyğundur.

Koreya Respublikasının lideri Mun Ce-in isə öz növbəsində Şimali Koreyanı nüvə silahından imtina barədə danışıqlara vadar etmək üçün bütün diqqəti təzyiq və sanksiyalar üzərində cəmləməyin lazım olduğunu vurğulayıb.

Xatırladaq ki, Koreya yarımadasında vəziyyət KXDR-in raket-nüvə proqramının son zamanlar aktivləşməsi səbəbindən ciddi surətdə gərginləşib. Belə ki, sentyabrın 3-də Pxenyan hidrogen döyüş başlığının uğurlu sınağı barədə bəyanat yayıb. BMT Təhlükəsizlik Şurası bu səbəbdən Şimali Koreyaya qarşı beynəlxalq sanksiyaları kəskin şəkildə sərtləşdirib. (azərtac)

İnterpress.az