Səudiyyə Ərəbistanında növbəti həbs dalğası başlayıbbackend

Səudiyyə Ərəbistanında növbəti həbs dalğası başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, siyasət və biznes aləminin təmsilçisi olan daha bir neçə nəfər saxlanılıb. Onlardan bəzilərinin 2012-ci ilə vəfat etmiş vəliəhd şahzadə və müdafiə naziri Sultan Bin Əbdüləzizə yaxın adamlar olduğu bildirilir. Həmin şəxslərin banklardakı hesabları da dondurulub.

Qeyd edək ki, noyabrın 4-də Səudiyyə Ərəbistanda aparılan əməliyyat zamanı 11 şahzadə, 4 nazir və onlarla iş adamı saxlanılıb. Əməliyyatdan bir neçə saat sonra ölkənin cənubunda yüksək rütbəli məmurları daşıyan helikopter qəzaya uğrayıb. Qəza nəticəsində şahzadə Mənsur bin Mukrin və digər rəsmi şəxslər – ümumilikdə 9 nəfər ölüb. (apa)

İnterpress.az